Azreform.info Akordanın mətbuat xidmətinə istinadən xəbər verir ki, prezident Kasım-Jomart Tokayev KTMT Kollektiv Təhlükəsizlik Şurasının geniş tərkibdə keçirilən iclasında iştirak edib və təşkilatın fəaliyyəti üçün bir sıra prioritet istiqamətlər təklif edib.
Sessiya iştirakçılarını salamlayan Kasım-Jomart Tokayev onun hazırlığının yüksək səviyyədə olduğunu qeyd edərək, Belarus tərəfinə və şəxsən Aleksandr Lukaşenkoya minnətdarlığını bildirib.