Distant təhsili hamı üçün əlçatan edir

9
Fev
2024
11:01

 

Distant təhsil sistemi tədris prosesinin onlayn formasıdır. Hazırda dünyada tələbələrə distant təhsil təklif edən universitetlərin çoxu “açıq universitet” adı altında fəaliyyət göstərir. Distant formatda keçilən dərslər adi universitetlərdə tədris olunan dərs proqramından ciddi fərqlənmir. Distant təhsil zamanı tələbə və müəllim arasında ünsiyyət üz-üzə deyil, virtual olaraq məsafədən həyata keçirilir.

İqtisadi cəhətdən distant təhsil proqramları ənənəvi sistem üzrə aparılan analoji kurslardan ucuzdur. Bu təhsil müəssisələri icarə haqqına, elektrik enerjisinə və bahalı texnikaya qənaət edir. Təhsil üçün ayrıca otaqlar və kompüterlər tələb olunmur.

Ayrılan vaxtın çox hissəsini tələbələr müstəqil şəkildə məşğul olurlar. Müəllimlər eyni zamanda, daha çox tələbəni öyrədə bilərlər. Buna görə də distant təhsilin maliyyə xərci münasib olur.

Əlçatanlığı ilə diqqət çəkən distant təhsil hər hansı təhsil almaq imkanları olmayan şəhər və ölkələr üçün əvəzedilməz sayıla bilər.

Distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompyuter şəbəkələri vasitəsilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirir. Distant təhsilin xarakterik xüsusiyyətlərinə çeviklik, modulluluq, iqtisadi səmərəlilik, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, müasir texnologiyalardan istifadə və s. aiddir. Distant təhsildə informasiyalar öyrənənlərə elektron materiallar, elektron dərslik, audio-video disklər və s. formalarda təqdim edilir. Distant təhsildə tədris metodik kompleksdən, kompyuter, audio-video maqnitofon, multimedia texnikası və s. kimi təlim vasitələrindən istifadə olunur.

Beynəlxalq statistikaya görə, distant təhsildə “tələbələrin” əksəriyyəti yaşı 25-i ötmüş, işləyən və işdən ayrılmadan peşəkar biliklərini genişləndirmək istəyən şəxslərdir. Bununla belə, distant təhsil forması hamı üçün münasibdir. Bu, illər ötdükcə daha çox inkişaf edəcək müasir təhsil formasıdır. Amma istənilən təhsil forması kimi distant təhsilin də həm müsbət, həm də mənfi cəhətləri var.

Distant təhsil proqramları ənənəvi sistem üzrə aparılan analoji təhsil kurslarından xeyli ucuzdur. Təhsil müəssisələri icarə haqqına, elektrik enerjisinə və bahalı texnikaya qənaət edir, çünki təhsil üçün ayrıca otaqlar və kompyuterlər tələb olunmur.

Bundan əlavə, vaxtın çox hissəsini tələbələr müstəqil şəkildə məşğul olurlar və deməli, müəllimlər eyni zamanda, daha çox tələbəni öyrədə bilərlər və bunun da sayəsində distant təhsilin qiyməti münasib olur.

Distant təhsil, ümumiyyətlə, hər hansı təhsil almaq imkanları olmayan şəhər və ölkələr üçün əvəzedilməzdir. Bu, təhsili hamı üçün əlçatan edir.
Distant təhsil insanın utancaqlıq və auditoriya qarşısında çıxış etmək fobiyası kimi kommunikasiya keyfiyyətləri ilə bağlı psixoloji maneələri dəf etməyə imkan verir.

Distant təhsil mobildir və deməli, tələbənin daim aktual məsələlərə çıxışı olur. Bunun üçün sadəcə internet lazımdır.

Hesab olunur ki, distant təhsil vaxtının çoxunu işdə, uşaqlarla və ya ailəsi ilə keçirən insanlar üçün yeni biliklər və bacarıqlar əldə etmək üçün yeganə mümkün vasitədir. Hər hansı şəxs işini itirmək qorxusu olmadan və işdən ayrılmadan ixtisasını artırmaq və ya yeni biliklər əldə etmək imkanı əldə edir.

Distant təhsil bizə nə verə bilər?

İctimiayyət, tələbələr distant təhsil proqramı, sistemi ilə yaxından tanış olacaqlar,
Bu proqramın üstünlükləri iləbağlı məlumatlar əldə edəcəklər,
Gənclərə təhsil almaları üçün bütün mümkün şərait yaradılacaq,
İctimaiyyət beynəlxalq təcrübə ilə tanış olacaq,
Bu sistemin tətbiqi ilə vaxt və məkan məhdudiyyətlərinin olmaması üzə çıxacaq,
Pula və vaxta qənaətin mümkünlüyü bilinəcək,
Sağlamlıq imkanları məhdud olan şəxslər təhsilə cəlb ediləcək,
İşləyən və ya evdən çıxmaq imkanı məhdud olan şəxslərə təhsil almaq fürsəti veriləcək,
Tələbə ilə öyrədici qaynaqlar arasında əlaqə qurulacaq,
Gənclərə təhsil almaları üçün bütün mümkün şərait yaradılacaq,
Distant təhsil alan gənclərimizin diplomlarının tanınmasında problem olmayacaq.

Distant təhsilin mənfi tətərləri də var:

Tələbələrin təhsil səviyyəsində və peşəkar təcrübəsində fərdi fərqləri nəzərə almağa imkan vermir.

Təlim və imtahan telekonfranslarının təşkili üçün müxtəlif ölkələrin telefon xətlərinin keçiricilik qabiliyyəti kifayət etməyə bilər.

Tələbələr tərəfindən mənfi qarşılana biləcək daha bir cəhət distant təhsil sistemində müəllim və tələbə arasında canlı ünsiyyətin itməsidir.

Təlim kursları kifayət qədər interaktiv olmur.

Elnur

Yazı “Vətəndaş Hüquqularının Müdafiəsinə Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Distant təhsil: Mahiyyəti və əhəmiyyəti” layihəsi çərçivəsində hazırlanıb