Azərbaycanda sığorta şirkəti ünvanını dəyişdi

9
Fev
2024
08:56

“A-Qroup” Sığorta Şirkəti ünvanını dəyişib.

Azreform.info ”ın məlumatına görə, şirkət artıq Bakı şəhəri, Azadlıq prospekti 3 ünvanda xidmət göstərəcək.

Xatırladaq ki, “A-Qroup Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,005 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100 % Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.