Qusar-Xudat yolunda ölümlə nəticələnən yol qəzası baş verib.
“Report”un Şimal bürosunun məlumatına görə, hadisə yolun Digah-oba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Məmmədov Emin Fərhad oğlunun idarə etdiyi "Ford" markalı yük avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində sürücünün qardaşı, avtomobildə olan sərnişin 2003-cü il təvəllüdlü Məmmədov Elçin Fərhad oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.