FHN-nin Tibb Mərkəzi məhkəməyə verildi

8
Fev
2024
15:42

Fövqəladə Hallar Nazirliyinin Tibbi Xidmətinin Tibb Mərkəzi məhkəməyə verilib.

Azreform.info ”ın məlumatına görə, “Vitta Elmi-Texniki” MMC şirkətlə bağlı məhkəməyə müraciət edib.

Məhkəmə işinin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər - alqı-satqı müqaviləsi üzrə mübahisələrdir.

İşə hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, “Vitta Elmi-Texniki” MMC 1991-ci ildə təsis edilib və Azərbaycanda ixtisaslaşmış informasiya sistemlərinin, telekommunikasiya, kompüter və tibbi avadanlıqların layihələndirilməsi və istehsalı ilə məşğuldur.

Könül
Azreform.info