Azərbaycanda ağır qəza: avtomobil 3 məktəblini vurdu, ölən var

8
Fev
2024
15:00

Zaqatalada üç məktəblini avtomobil vurub, ikisi ölüb, biri ağır xəsarət alıb.

Hadisə rayonun Göyəm kəndi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili Göyəm kənd sakinləri olan üç məktəblini vurub. Hadisə zamanı 2013-cü il təvəllüdlü Ramazan Babək oğlu İsayev və 2013-cü il təvəllüdlü Kamal Elçin oğlu Permadov aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər. Onların sinif yoldaşları, 2013-cü il təvəllüdlü İbrahim Əziz oğlu İbrahimzadə isə ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Məlumata görə, 11 yaşlı məktəblilələr eyni sinfin şagirdləridir. Hadisə onlar məktəbdən çıxıb evə gedərkən baş verib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma başlayıb.

©Report