Xızıda “KamAZ” aşıb: Ölən var

8
Fev
2024
01:14

Xızının Altıağac qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un xəbərinə görə, 1988-ci il təvəllüdlü Amid Sultanağa oğlu Nağıyevin idarə etdiyi “KamAZ” markalı yük maşını hərəkətdə olarkan idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində sürücü hadisə yerindəcə ölüb.
Faktla bağlı araşdırma aparılır.