MƏP bu məsuliyyəti layiqincə yerinə yetirib

7
Fev
2024
20:13

 

Məlum olduğu kimi, ayrı-ayrı vətəndaş cəmiyyəti institutları tərəfindən təsis edilmiş Miqrasiya Əməkdaşlıq Platforması (MƏP) 7 fevral 2024-cü il tarixdə keçirilmiş növbədənkənar prezident seçkilərində iştirakına dair bəyanat vermişdir.

Miqrant ailələrindən olan, həmçinin hazırda xaricdə yaşayan və eyni zamanda səsvermə hüququna malik Azərbaycan Respublikasının vətəndaşlarının seçki aktivliyinin artırılması ilə bağlı önəmli missiyanı üzərinə götürmüş koalisiya bu məsuliyyəti layiqincə yerinə yetiribdir.

Qeyd olunan missiya ilə yanaşı MƏP üzvləri həm də vətəndaşlıq borclarını da yerinə yetiriblər. Belə ki, səhər saatlarından koalisiyaya üzv təşkilatların rəhbər şəxsləri Zəfər seçkilərində aktiv şəkildə iştirak etməklə yeni mərhələyə addımlayan Azərbaycanın gələcəyinə səs veriblər.

Qeyd edək ki, daxili imkanlar hesablna fəaliyyət göstərən Miqrasiya Əməkdaşlıq Platforması bundan sonra da müxtəlif dövlət əhəmiyyətli fəaliyyətlərin icrasında yaxından iştirak edəcəkdir.