Dövlət qurumu 100 min manatlıq xidməti avtomobil alır

7
Fev
2024
15:56

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi xidməti istifadə üçün minik avtomobili alır.

Azreform.info ”ın məlumatına görə, Agentlik “Toyota Absheron Merkezi” MMC ilə müqavilə imzalayıb.

Qurum xidməti avtomobil üçün 100 min manat ödəniş edəcək.

Könül
Azreform.info