Qəzada həlak olan Vətən müharibəsi iştirakçısı imiş

7
Fev
2024
00:00

Fevralın 4-də Yevlaxda baş verən qəzada həlak olan Tunar Məmmədovun Vətən müharibəsi iştirakçısı olduğu müəyyənləşib.

Azreform.info ” Report-a istinadən xəbər verir ki, həmin gün axşam onun idarə etdiyi "VAZ-21014" markalı minik avtomobili Yevlax rayonun Salahlı kəndi ərazisində yoldan çıxaraq su kanalına düşüb. Vətən müharibəsi iştirakçısının meyiti bir gün sonra tapılaraq ailəsinə təhvil verilib.

T.Məmmədov Yevlax rayonunun Varvara kənd qəbiristanlığında torpağa tapşırılıb.

Xatırladaraq ki, Tunar Habil oğlu Məmmədov 1995-ci ilin avqust ayının 17-də Yevlax rayonunun Varvara kəndində anadan olub. Həqiqi hərbi xidmət keçəndən sonra ordu sıralarında qalıb və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmət edib. Vətən müharibəsinə qatılıb.

O, Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında igidlik və mərdlik nümunəsi göstərib. Bu səbəbdən Prezident İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Qeyd edək ki, Tunar Məmmədovun əmisi Azər Xuduş oğlu Məmmədov da hərbçi olub. Onun əmisi

1995-ci ilin avqust ayının 4-də Ağdərədə şəhid olub. Tunar Məmmədovun bibisi oğlu Ədil Ədilzadə də şəhiddir.

Allah rəhmət eləsin!