Çexiya prezidenti Petr Pavel Vışeqrad Dördlüyü liderlərinin görüşü zamanı deyib ki, Avropa İttifaqı Rusiyanı “bir nömrəli təhlükə” hesab edir və Birlik orduları yüksək intensivlikli münaqişəyə hazırlaşır.
Pavel vurğulayıb ki, Aİ-nin bütün hərbi hissələri “Avropada yüksək intensivlikli münaqişə ehtimalına hazırlaşır”.
Politoloqların fikrincə, bir sıra Şərqi Avropa dövlətlərinin rəhbərlərinin bu cür panika xarakterli bəyanatları artıq ABŞ və Aİ-nin hegemon dövlətləri – Almaniya və Fransa administrasiyasını qıcıqlandırmağa başlayıb.