"Hindistan dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatına çevrilib".
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Asiya ölkəsinin Baş naziri Narendra Modi bildirib.
Onun sözlərinə görə, ötən ilin aprel-sentyabr aylarında Hindistan 7,5%-lik artım ilə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı olub.
Söhbət Hindistanın cari maliyyə ilinin ilk altı ayı üzrə iqtisadi artım tempindən gedir (1 aprel 2023-cü ildə başlayıb və 31 mart 2024-cü ildə bitir).