“General Motors” 323 min avtomobilini geri çağırır

6
Fev
2024
15:28

“General Motors” 323 min 232 avtomobilini geri çağırır. 

Azreform.info ”ın məlumatına görə, bu barədə ABŞ-ın Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi üzrə Milli Administrasiyası məlumat yayıb.

Bildirilir ki, geri çağırılmada məqsəd avtomobili idarə edərkən yük qapısının açılaraq yarada biləcəyi potensial təhlükəni aradan qaldırmaqdır.

Geri çağırılmaya bəzi Chevrolet Silverado 2500, 3500, GMC Sierra 2500 və 3500 avtomobilləri daxildir.

Könül
Azreform.info