“Sovetski”də yeni işlərə başlanıldı - FOTO

6
Fev
2024
09:42

Keçmiş “Sovetski” ərazisində yaradılan Mərkəzi Parkın üçüncü hissəsində yenidənqurma və abadlıq işlərinə başlanıldığı deyilir.

Azreform.info ”ın məlumatına görə, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Bildirilir ki, abadlıq işləri Təzəpir məscidindən yuxarıda yerləşən ərazidə aparılır. İşlərin başlanıldığı hissədə evlərin bir neçə il əvvəl söküldüyü deyilir.

Qeyd edək ki, Mərkəzi Parkın üçüncü hissəsinin ümumi ərazisi 8,2 hektar planlaşdırılıb. Bunun 6,4 hektarı yaşıllıq sahəsi üçün nəzərdə tutulub.

Könül
Azreform.info