Qarğıdalının 1 tonunu xaricdən neçəyə alırıq? – 33 dollarlıq ucuzlaşma

5
Fev
2024
18:35

Ötən il ölkəmizə 73 min 62 ton qarğıdalı gətirilib.

Bu miqdarda məhsula 20 milyon 825 min ABŞ dolları ödənilib. Bu rəqəm əvvəlki illə müqayisədə miqdar ifadəsi ilə 2 min 800 ton (3.7%), dəyər ifadəsi ilə 3 milyon 330 min ABŞ dolları (13.7%) azdır.

2022-ci ildə bu, 75 min 864 ton miqdarında, 24 milyon 155 min ABŞ dolları dəyərində olub.

Ötən il ölkəyə gətirilən qarğıdalının bir tonu üçün 285 ABŞ dolları ödənilib ki, bu da əvvəlki illə müqayisədə 33 ABŞ dollar (10.3%) azdır. 2022-ci ildə bu, 318 dollar olub.

Qeyd edək ki, ötən il ölkəyə qarğıdalı idxalı ümumi idxalın 0.12 faizini təşkil edib. 

©Valyuta.az