Yanvarın artımları nə zaman ödəniləcək? - AÇIQLAMA

5
Fev
2024
14:07

Yanvar ayının pensiya artımlarının nə zaman ödəniləcəyi sual doğuran məsələlərdən biridir.

Azreform.info xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, pensiya artımları yanvarın 1-dən hesablansa da, artımlar fevral ayında ikisi birlikdə ödəniləcək:

"Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Lakin yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq".

Qeyd edək ki, prezidenti İlham Əliyevin sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2024-cü il yanvarın 1-nə 2023-cü il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə – həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların, eləcə də istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2024-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin. Bütün növ pensiyalar indeksləşdirilərək 11,2 faiz artırılıb.