Sumqayıtda qatar vuran qadının son durumu açıqlanıb

5
Fev
2024
12:49

1970-ci il təvəllüdlü şəxs (qadın cinsli) 05.04.2024-cü il tarixində saat 08:55 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. Ona döş qəfəsi, qarının küt travması, qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, sifətin sağ yarısının əziyi sıyrılmış yarası, sağtərəfli 3.4.5.6.7.8.9 -cu qabırğaların qapalı yerdəyişən sınığı diaqnozları qoyulub.

Hazırda tibb müəssisəsinin Travmatologiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.