"Müzakirə etdiyimiz məsələlərdən biri də KTMT ölkələrinin vahid hava hücumundan müdafiə sisteminin formalaşdırılmasıdır. Bununla bağlı xeyli iş görmüşük. Tacikistana gəlincə, biz artıq iki S-300 divizionunu ölkəyə çatdırmışıq. Bunlar səkkiz işəsalma qurğusudur. Biz bu işi davam etdirməyə və başa çatdırmağa hazırıq" Azreform.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin öz çıxışında bildirib.