Mehdiyevlərin bankının yeni rəhbəri işdən çıxarıldı

5
Fev
2024
10:28

“Bank BTB” ASC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik olub. 

Azreform.info ”ın məlumatına görə, Bankın MŞ-nın üzvü Rövşən Fərhad-zadə vəzifəsindən azad olunub.

Qeyd edək ki, o, bu vəzifəyə ötən il martın 13-də təyin olunmuşdu.

Hazırda “Bank BTB” ASC-nin Müşahidə Şurası sədr və bir üzvdən ibarətdir.

Xatırladaq ki, “Bank BTB”nin səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur. Mətbuatda Nigar Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlini olduğu qeyd olunur.

Könül
Azreform.info