Manat bu valyutalar qarşısında bahalaşdı

5
Fev
2024
10:00

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

Azreform.info xəbər verir ki, avronun məzənnəsi 0,9% azalaraq 1,8316 manat, Rusiya rublunun məzənnəsi 1,1% geriləyərək 0,0186 manat, Türkiyə lirəsi 0,2% ucuzlaşaraq 0,0557 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.