İcra Hakimiyyəti "BMW"ni satışa çıxardı - QİYMƏT 

3
Fev
2024
19:56

Samux Rayon İcra Hakimiyyəti tabeliyində olan xidməti avtomobili satışa çıxarıb.

Azreform.info -ın xəbərinə görə, dövlət qurumu buraxılış ili 2006 olan "BMW 730Li" markalı nəqliyyat vasitəsinə müştəri axtarır.

Belə ki, 14500 manata təklif olunan avtomobil üçün 1450 manat beh tələb olunur.

Hərrac 5 mart tarixində Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçiriləcək.

Azreform.info