Xəbər verdiyimiz kimi, Ermənistanla şərti sərhəddə Azərbaycan ərazisinə keçməyə cəhd edən Çexiya vətəndaşı saxlanılıb.
Məlumata görə, o minalanmış zonadan keçə bilib.
"Caliber" saytı "O bunu necə edib? Bu nə deməkdir?" sualı ilə hadisəyə diqqət çəkib.
"Ola bilsin ki, o, Qərbin xüsusi xidmət orqanlarından birinin nümayəndəsidir və casusluq məqsədilə Azərbaycan ərazisinə daxil olmağa cəhd edib", - deyə sayt yazıb.
Qeyd edilir ki, bu, təəccüblü deyil: "Region ölkələrinə casusluq edən Ermənistanda Aİ-nin kəşfiyyat və müşahidə missiyasının fəaliyyət göstərməsi barədə dəfələrlə yazmışıq. Xüsusilə, bu gün orijinal materialımızda Fransa kəşfiyyatı ilə sıx əlaqədə olan Fransa Milli Jandarmının briqada generalı Uilyam De Meyerin Aİ-nin kəşfiyyat və müşahidə missiyasının Ermənistanda yerləşdiyi yerə nümayişkaranə səfərini qeyd etmişik".
Azreform.info