Bağlanan bankda pulu qalanlara müraciət edildi

3
Fev
2024
11:42

Ləğv prosesində olan “Dəmirbank” ASC-nin kreditorlarına müraciət edilib.

Azreform.info ”ın məlumatına görə, Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Dəmirbank” ASC-nin kreditorlarının diqqətinə çatdırır ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 5 fevral 2024-cü il tarixdən etibarən başlayacaq.

Qeyd edək ki, tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək. Kreditorlar tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraciət edərək ödəniş üçün bank rekvizitlərini təqdim etməlidir.