Vəzifəli şəxsin qardaşının meyiti tapıldı

3
Fev
2024
09:56

Lənkəranda kənd ərazi icra nümayəndəsi qardaşının meyiti tapılıb.

Arzu Asəf oğlu Mirzəyevin meyiti Lənkəran rayonunun Osaküçə kəndi ərazisində tapılıb. Tapılan meyit aidiyyəti üzrə təhvil verilib.

Məlum olub ki, A.Mirzəyev iki gün əvvəl itkin düşüb. Onun itkin düşməsi barədə rayon polis şöbəsinə də məlumat verilib. İki gün axtarışdan sonra meyit, yaxınları tərəfindən kənd ərazisindən keçən çaydan, körpünün altından tapılıb.

Qeyd edək ki, meyiti tapılan Arzu Mirzəyev Osaküçə kənd ərazi icra nümayəndəsinin qardaşıdır.

©APA