Bu məcburi köçkün evlərinin təmirinə 1,2 milyon xərclənəcək

3
Fev
2024
09:42

Bakı şəhəri, Goranboy, Füzuli, Göyçay və Qəbələ rayonlarında salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evləri, mənzil, dam örtükləri və qəsəbə daxili qum-çınqıl yolları təmir olunacaq.

Azreform.info ”ın məlumatına görə,  Qaçqınlarin və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti bununla bağlı işlərə başlayıb.

1 mln 289 min manatlıq təmir işləri “Hadi İnşaat” MMC tərəfindən aparılacaq.

Könül
Azreform.info