Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda bir nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un xəbərinə görə, Xanlıqlar kəndində Naxçıvan şəhər sakini Vətən Məhəmməd oğlu Əhmədovun idarə etdiyi 75 BH 565 nömrə nişanlı “Lifan” markalı avtomobil yol kənarında dayanan, Türkiyə vətəndaşı Cuma Ali Üzümcünə məxsus 27 AMP 616 nömrəli yük maşınına çırpılıb.
Hadisə nəticəsində “Lifan”ın sürücüsü ağır yaralanıb, sərnişin Sevda Məşdi qızı Əhmədova hadisə yerində ölüb. Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.