Fevralın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yanında İctimai Şuranın növbəti iclası keçirilib.
İclasda çıxış edən DQİDK-nın sədr müavini Səyavuş Heydərov din sahəsində dövlət siyasətinin əsas prioritetləri, habelə hədəfləri barədə məlumat verib. Müasir dövrün çağırışları ilə xalqımızın milli-dini kimliyinin mahiyyətindən irəli gələn tələblərin uzlaşdırılması, tolerant mühit və dinlərarası həmrəyliyin təbliği, dini fanatizmə və ekstremizmə qarşı mübarizə, o cümlədən milli təhlükəsizliyimizin başlıca tərkib hissəsi olan dini təhlükəsizliyin təmin olunması istiqamətlərində həyata keçirilən maarifləndirmə prosesində DQİDK yanında İctimai Şura üzvlərinin iştirakının əhəmiyyətini diqqətə çatdırıb.
İctimai Şuranın sədri Sevinc Alızadə çıxış edərək, Şuranın qarşısında duran məqsədlər və 2024-cü ildə görülməli işlər haqqında məlumat verib. S.Əlizadə bildirib ki, həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlər Şuraya müzakirə üçün təqdim edilən “İctimai Şuranın 2024-2026-cı illər üçün Fəaliyyət Planı üzrə Tədbirlər Planı”nda öz əksini tapıb.
Daha sonra “Tədbirlər Planı” geniş müzakirəyə çıxarılıb. Çıxış edən İctimai Şura üzvləri sənəddə əksini tapan fəaliyyət istiqamətləri ilə bağlı təkliflərini səsləndiriblər.
Sonda S.Heydərov İctimai Şura üzvlərinin rəy və təkliflərinə diqqətlə yanaşılacağını vurğulayıb, sıx əməkdaşlıq şəraitində uğurlu fəaliyyətin təmin ediləcəyinə əminliyini ifadə edib.