Hindistan Çin casusu olmaqda şübhəli bilinən göyərçini sərbəst buraxdı

2
Fev
2024
12:49

2023-cü ilin may ayında Hindistanda casusluq ittihamı ilə tutulan göyərçin aparılan araşdırmalardan sonra sərbəst buraxılıb. 

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, göyərçinin Tayvandan Hindistana gələn yarış quşu olduğu müəyyən edilib.

Belə ki, ayaqlarında Çin dilinə bənzər yazılar olduğu üçün polisin diqqətini çəkən göyərçin heyvan xəstəxanasına göndərilib. 

Göyərçinin pakistanlı balıqçıya məxsus olduğu ortaya çıxıb.

Sahibi quşunun ayağındakı nömrələrin bölgədəki silahlı qruplara göndərilən gizli mesaj olmadığını, onun telefon nömrəsi olduğunu  bildirib.

Hindistanlı polis məmuru açıqlamasında “Şübhəli hadisə aşkar edilmədiyi üçün göyərçin buraxılıb” deyib.

Qeyd edək ki, 2016-cı ildə ayağında Hindistanın baş naziri Narendra Modinin ünvanına təhdid mesajı yazılan göyərçin polis nəzarətinə götürülüb.

Günay