Türkiyədə girov götürülən insanlar azad edildi

2
Fev
2024
10:42

Polis İstanbul yaxınlığındakı "Procter & Gamble" zavodunun girov götürülən 7 əməkdaşı azad edilib, girov götürən şəxs isə zərərsizləşdirilib.

Azreform.info xəbər verir ki, hüquq-mühafizə orqanının əməliyyatı 10 saata yaxın davam edib.

Əməliyyat nəticəsində girovlar xilas edilib. 

Kocaeli valisi Seddar Yavuz əməliyyatın yekunları barədə açıqlamasında bildirib ki, əvvəllər müəssisədə çalışan şəxs silahla içəri girərək 7 işçini girov götürüb.

İnsanları girov götürən şəxs İsrailin Qəzzada törətdiyi qırğınların dayandırılmasını və Misirdə sərhəd qapısının açılmasını tələb edib.

Vali bildirib ki, girovların təhlükəsizliyini təmin etmək və onlara zərər verilməməsi məqsədilə həmin şəxslə danışıqlar aparılıb.

"Danışıqlar nəticə vermədiyindən girovlar ani bir əməliyyatla azad edildi və həmin şəxs zərərsizləşdirilib.
Əməliyyat zamanı öldürülən girov götürən şəxsin üzərindən iki silah və partlayıcı qurğu olub", - vali qeyd edib.

Mürtəza
Azreform.info