Daha iki nəfər dəm qazından zəhərləndi

2
Fev
2024
09:49

Sumqayıtda 2 nəfər dəm qazından zəhərlənib.

İqtisadiyyat.az xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən fərdi yaşayış evlərində qeydə alınıb.

Xəzri yaşayış massivində yaşayan 1991-ci il təvəllüdlü Talıbova Vüsalə Rövşən qızı və həmin qəsəbənin 5-ci məhəlləsində yaşayan 1999-cu il təvəllüdlü Həsənova Ləman İlqar qızı yaşadıqları evdə dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

Faktlarla bağlı araşdırma aparılır