“Azərbaycanın ictimai, siyasi və sosial sahəsində çox aktivik. Digər vətəndaş cəmiyyəti institutları, media, Dövlət və özəl strukturlarla sıx əməkdaşlıq edirik. İctimaiyyət, cəmiyyət tərəfindən qəbul edilirik”.
Bu sözləri “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva QHT.az- a açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu vaxtadək həyata keçirdikləri layihələr, fəaliyyətlər öz müsbət nəticələrini verib.
Toxunduqları bütün mövzu və məsələlərlə bağlı rəy və təkliflər toplu şəklində dövlət orqanlarına təqdim edildiyini bildirən QHT sədri Vətəndaş cəmiyyəti olaraq fəaliyyətlərinin təkcə ölkə daxilində deyil, xaricdə də davam etdirildiyini deyib: “Fəaliyyətimizi internet resursları üzərindən həyata keçiririk. Əsas məqsədimiz dövlət, dövlətçiliyə, xalqımıza, millətimizə xidmət etməkdir. Ölkədə prezident seçkiləri keçirilir, biz də prosesdə fəal iştirak edirik, fəaliyyətimizi ona istiqamətləndirmişik, gücümüzü səfərbər etmişik ki, bu seçkilər də ədalətli, şəffaf keçirilsin. Seçkilər bitəndən sonra illik fəaliyyət istiqamətlərimizi müzakirə edib, müəyyənləşdirəcəyik”.