Ata qəza törətdi, 5 yaşlı oğlu öldü

2
Fev
2024
09:28

Yevlax rayonunda avtomobil ağaca çırpılıb, 5 yaşlı uşaq ölüb.

Azreform.info xəbər verir ki, Yavər Həsənovun idarə etdiyi "VAZ-21061" markalı avtomobillə Yevlax şəhəri ərazisində Bakı-Qazax avtomobil yolu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirməsi nəticəsində avtomobil yolun sağ kənarında olan səkinin üzərindəki ağaca çırpılıb.

Nəticədə həmin avtomobildə olan sürücünün övladı-2019-cu il təvəllüdlü M.H aldığı bədən xəsarətlərindən Yevlax rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı Yevlax Raton Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.