Azərbaycanda Əməkdar jurnalist vəfat edib - FOTO

2
Fev
2024
08:56

Əməkdar jurnalist Rəhman Orxan vəfat edib.

"Report"un Sumqayıt bürosu məlumat verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkə hesabında paylaşım ediblər.

Jurnalist uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, 2001-2013-cü illərdə “Azərikimya” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində işləyib. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür, Əməkdar jurnalisti fəxri adına layiq görülüb.

Rəhman Orxan Şəki rayonu Sarıca kəndində dəfn olunacaq.