Bakıda 11 yaşlı yeniyetmə qız dəm qazından boğularaq ölüb.
Azreform.info xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonununda qeydə alınıb.
Məlumata görə, Binə qəsəbəsində yaşadığı evdə dəm qazından zəhərlənən 11 yaşlı M.A ağır vəziyyətdə atası tərəfindən qəsəbə poliklinikasına çatdırılıb. Buna baxmayaraq, yeniyetmə orada dünyasını dəyişib.
Qeyd edək ki, yeniyetmə ailənin tək övladı olub.
Hadisənin təfərrüatı araşdırılır.