Ursula fon der Lyayenlə Bayden Ukraynaya yardımı müzakirə edib 

2
Fev
2024
00:07

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub.

Azreform.info ” xəbər verir ki, bu barədə Avropa İttifaqının ali icra orqanının başçısı sosial şəbəkədə bildirib.

“Ukraynaya 50 milyard avroluq maliyyə ianəsi razılaşmasından sonra ABŞ Prezidenti Cozef Baydenlə müsbət telefon danışığı olub. Razılaşdıq ki, Ukrayna öz tərəfdaşlarından geniş dəstək almağa davam etməlidir. Nə qədər lazımdırsa, biz birlikdə Ukraynanın yanında olacağıq”, – o qeyd edib.