Parlamentə cins şalvarda gedən deputat danlandı

1
Fev
2024
20:35

Rusiya Dövlət Dumasının vitse-spikeri İrina Yarovaya plenar iclasda tribunadan cins şalvarla çıxış etdiyi üçün “Yeni Xalq” partiyasından olan deputat Vladimir Plyakini danlayıb.

Azreform.info ” xəbər verir ki, bu barədə Moskva Şəhər İnformasiya Agentliyi məlumat yayıb.

“Hər kəsə dərin hörmətim var, ancaq kürsüyə cins şalvarda çıxan deputat... Bağışlayın, bu, ümumiyyətlə, parlament etikasında yeni bir şeydir”, - Yarovaya bildirib.

Dövlət Dumasının sədri Vyaçeslav Volodin bu fikri dəstəkləyərək əlavə edib ki, deputat iş yerində öz seçicilərini və ölkəni təmsil edir.(qafqazinfo)