​​​​​​​Sumqayıtda yanğında ana və övladları tüstüdən zəhərlənib - YENİLƏNİB

1
Fev
2024
11:07

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 10 m² sahədə yanıb.

Azreform.info FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan sanitar qovşağın lambirdən ibarət tavanı 6 m² sahədə və qapısı əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər (2-si uşaq olmaqla) tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***
Sumqayıt şəhərində yerləşən mənzillərin birində baş verən yanğında ana və övladları tüstüdən zəhərləniblər.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 8-ci mikrorayon adlanan ərazisində baş verib.

Belə ki, mənzildə baş verən yanğın nəticəsində 1996-cı il təvəllüdlü Nuranə Zahid qızı Heydərova və onun iki övladı - 2015-ci il təvəllüdlü Nihad İbrahim oğlu Cəbrayılov və 2018-ci il təvəllüdlü Renat İbrahim oğlu Cəbrayılov tüstüdən zəhərləniblər.

Hər üç şəxs xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.