Azərbaycandakı məşhur istirahət mərkəzində güclü yanğın - VİDEO

1
Fev
2024
09:28

Lerikdə yerləşən Təbəssüm Ailəvi İstirahət Mərkəzində güclü yanğın baş verib.

Qaynarinfo xəbər verir ki, bu barədə istirahət mərkəzinin sahibi Akif Əliyev məlumat yayıb.

Onun sözlərinə görə, yanğın nəticəsində mərkəzin 5 binası, mətbəx və qonaq otaqları yanıb.

Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.