27 yaşlı gənc özünü asdı

31
Yan
2024
22:28

Zaqatala sakini özünü tövlədə asıb.

Hadisə Zaqatalanın Yeni Suvagil kəndində baş verib.

Belə ki, kənd sakini, 1997-ci il təvəllüdlü Nurlan İmran oğlu Beydullayevin cansız bədəni tövlənin çardağından asılı vəziyyətdə aşkar olunub.

N.Beydullayevin hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.