"Rusiya Bosniya və Herseqovinanın təhlükəsizliyini təhdid edir" - Stoltenberq Balkan ölkələrinə təbliğat turunu davam etdirir
“Bu gün biz ölkənizdə və bütövlükdə regionda təhlükəsizlik vəziyyətini müzakirə etdik. Müttəfiqlər Bosniyanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirlər. Biz separatçı ritorikadan, eləcə də xaricdən, o cümlədən Rusiyadan zərərli müdaxilədən narahatıq. Bu, sabitliyi pozmaq təhlükəsi yaradır və islahatları çətinləşdirir. Bütün siyasi liderlər sabitlik və milli sabitliyin yaradılması istiqamətində çalışmalıdırlar. Sizin təhlükəsizliyiniz NATO və Qərbi Balkanlar üçün vacibdir.
Azreform.info