Amerika qırıcısı Koreyada qəzaya uğrayıb

31
Yan
2024
10:56

Amerikaya məxsus F-16 qırıcısı Cənubi Koreya sahillərində qəzaya uğrayıb.

Azreform.info xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri Amerika F-16 qırıcısının Koreya Respublikasının qərb sahilində qəzaya uğraması ilə bağlı xəbərini təsdiqləyib.

“Pilot uğurla katapult edərək həyatını xilas edib. O, huşunu itirib və müayinə olunmaq üçün tibb müəssisəsinə aparılıb”, - açıqlamada deyilir. 

Məlumatda həmçinin uçuş zamanı fövqəladə vəziyyətin baş verdiyi bildirilir. 

Qəzanın səbəbləri barədə açıqlama verilmir.

Mürtəza
Azreform.info