ABŞ-dan Aİ-yə 50 milyardlıq yardım ayırmağı tövsiyəsi

31
Yan
2024
03:28

ABŞ Aİ-yə Kiyevə 50 milyard avroluq yardım ayırmağı tövsiyə edib.

Azreform.info xəbər verir ki, bu barədə Belçikanın baş naziri Aleksandr De Kroo "X" sosial şəbəkəsində yazıb.

Baş nazir qeyd edib ki, bu təkliflə ABŞ-nin maliyyə naziri Canet Yellen çıxış edib. O, Avropa İttifaqı Şurasının hazırkı sədri Belçikaya fevralın 1-də keçiriləcək sammitdə bu yardımın ayrılmasına razılıq istəyib.

De Kroo Canet Yellen ilə Ukraynaya dəstək və onun bərpasının vacibliyini müzakirə etdiklərini vurğulayıb.

Bundan əvvəl 2023-cü ilin iyununda Avropa Komissiyası Ukraynaya 2027-ci ilə qədər olan dövr üçün 50 milyard avro dəyərində yardım proqramı təklif edib, lakin Aİ ölkələri tərəfindən imtina cavabı alıb.