Sumqayıtda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

30
Yan
2024
23:56

Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Azreform.info "Report"a istinadla xəbər verir ki, hadisə İsmət Qayıbov küçəsində qeydə alınıb.

“Toyota Prius" və “Wolksfagen Passat" markalı avtomobillərin toqquşub, nəticədə "Toyota Prius” yolun kənarındakı səkiyə çırpılıb. Bu zaman arxadan gələn daha bir "Toyota Prius" markalı avtomobil də idaretmədən çıxaraq eynimarkalı avtomobilə çırpılıb.

Qəza nəticəsində 2 nəfər (ad-soyadları dəqiqləşdirilir) xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Araşdırma aparılır.