İtdiyini düşündülər, havada qaldığı bilindi - ABŞ-də tragikomik hadisə

30
Yan
2024
19:21

ABŞ-nin Tahoe gölündə bütün günü xizək sürən Monika Laso adlı qadın kanatda çarəsiz vəziyyətdə qalıb.

Azreform.info “euro.EsEuro” qəzetinə istinadla xəbər verir ki, qadından xəbər ala bilməyən dostları polisə müraciət edib.

Belə ki, xizək sürdükdən sonra yorulan Monika kanatla qayıtmaq istəyib. Lakin kanat bir neçə dəqiqədən sonra dayanıb və qadın səmada asılı vəziyyətdə qalıb. 

O, temperaturun -5 dərəcə olduğu havada 15 saat soyuqla mübarizə aparmaq üçün əllərini və ayaqlarını bir-birinə sürtüb.

Monika ertəsi gün kanat dağdan endikdən sonra xilas olub.

Günay