Cəbrayılın gündəm olan görüntüsü: yanlışlıq, yoxsa...? - FOTO

30
Yan
2024
17:42

Bir neçə gün öncə Cəbrayıl şəhərinin mərkəzində inşa olunan yaşayış kompleksi ilə bağlı görüntülər paylaşıldı.

Azreform.info ” xəbər verir ki, bununla da sözügedən kompleks geniş müzakirə obyektinə çevrildi.

Bir sıra sosial şəbəkə istifadəçiləri binaların bir-birinə yaxın və nizamsız tikildiyini əsas gətirərək layihəni tənqid edib və daha geniş ərazidən istifadə oluna biləcəyini qeyd edib. 

Həmin tənqidlərdən bəzilərini diqqətinizə çatdırırıq:

Xalid Ağəliyev: “Cəbrayıl torpaqlarının qiymətinin “Port Baku”dakına bərabər olması planlaşdırılır. Yoxsa 20-30 bina 1-2 ha torpaq sahəsinə niyə sıxışdırılsın ki?”

Rəsul Mirhəşimli: “Cəbrayıl şəhərindəki bu tikinti heç bir parametrləri üzrə göz oxşayan deyil. O qədər geniş ərazidə binalar niyə bu qədər bitişik tikilsin ki?”

Tənqid edənlər arasında tanınmış ekspertlər də var. Sosioloq Elçin Bayramlı isə fikrini belə ifadə edib: “Ətraf ucsuz-bucaqsız boş çöllər olduğu halda binaları bir-birinə bitişik niyə tikirlər? Maşınlar harada dayanacaq, uşaqlar harada oynacaq, sakinlər harada gəzişəcək?”

Lakin bunun əksinə çıxan, layihəni doğru hesab edənlər də az olmadı. Məsələn, politoloq Orxan Atabəy nizamlı binaların Sovet təfəkkürünün məhsulu olduğunu deyib: “Fikir bildirmək üçün gözlədim, Cəbrayıl şəhərinin tikintisini başqa rakursdan tapdım. Yəni normal görünür, küçə və uşaq meydançaları üçün yer var. Kənardan baxanda isə elə bil iç-içədir. Biz Sovetin xətkeş binalarına öyrəşmişik, belə dizayn qəribə gəlir”.

435117

Urbanistika üzrə mutəxəssis Bayram Axundov isə müasir şəhərsalma anlayışına əsasən bu layihədə bir çox əhəmiyyətli şəhərsalma prinsipinin qorunduğunu deyib.

Çoxsaylı müzakirələrlə bağlı “Azreform.info ” Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və tikinti işlərini aparan “MİDA” MMC-yə sorğu göndərib.

Könül
Azreform.info