Azərbaycanda karton kağızı istehsal ediləcək

30
Yan
2024
17:35

"Bakı Karton və Qutu Fabriki" MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib və bununla da rezidentlərin sayı 39-a çatıb.

Azreform.info xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Nazir qeyd edib ki, şirkət Sənaye Parkının ərazisində inşaat materiallarının və aqro-sənaye məhsullarının qablaşdırılması üzrə karton kağızın istehsalı fabriki yaradacaq. İnvestisiya dəyəri 20 milyon manat olan müəssisədə 100 nəfərin daimi iş yeri ilə təmin olunması nəzərdə tutulur".