İcra Hakimiyyəti də "səbirsizliklə gözləyir": 9 şəhidi olan küçənin vəziyyəti - VİDEO

30
Yan
2024
12:56

Ağdaş rayonunun Abad kəndində yollar bərbad vəziyyətdədir.

Azreform.infoın məlumatına görə, bununla bağlı sosial şəbəkələrdə görüntü paylaşılıb.

Bir sıra ictimai fəal şəhidlərin anım günündə iştirak üçün kəndə yollanarkən yoların palçıqlı vəziyyətdə olmasını, kənd sakinlərinin, özəlliklə uşaqların bu yollarla getməkdə çətinlik çəkdiyini müşahidə ediblər.

Ağdaş Rayon İcra Hakimiyyətinin Abad kənd nümayəndəsi Lətif Mustafayev “Azreform.infoa açıqlamasında yolların hazırkı vəziyyətini təsdiqləyib. O bildirib ki, Yevlax yolundan Zərdab yoluna qədər Abad kəndi də daxil olmaqla 5 yaşayış məntəqəsini əhatə edən yol layihəsi mövcuddur:

“Sözügedən dövlət proqramı təsdiqlənib və icrası gözlənilir. Lakin layihənin nə zaman həyata keçiriləcəyi məlum deyil. Bunun üçün maliyyə vəsaiti ayrılmalıdır. Kənd yolunun proqramdan kənar ayrıca asfaltlanması isə gözlənilmir. Daha əvvəl uşaqların qorunması ilə bağlı bəzi təşkilatların layihələrində kənd yollarına çınqıl tökülürdü. Son illər bu kimi hallar da olmur”. 

Balaca bir kəndin 9 şəhidi, cəmi 2 km də yolu var. 9 şəhid ruhunun xatirinə 2 km yolu düzəltmək olar. Biz də proqramın həyata keçməsini səbirsizliklə gözləyirik”, - deyə icra nümayəndəsi əlavə edib.

Könül
Azreform.info