Şadlıq evini təmir edərkən yıxılıb öldü

30
Yan
2024
12:42

Nərimanov rayonunda yerləşən şadlıq saraylarından birində aparılan təmir işləri zamanı 36 yaşlı kişi yıxılaraq ölüb.

Baş Prokurorluğun mətbuat xidmətindən “Azreform.info ”a bildirilib ki, hadisə yanvarın 29-da qeydə alınıb. 1988-ci il təvəllüdlü Bəhram Bayramov dəmir konstruksiyanın üzərindən yerə yıxılması nəticəsində almış olduğu xəsarətdən ölüb.
Ətraflı

Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.