Bakıda bu fərdi evlər söküləcək - Müqavilə imzalandı

30
Yan
2024
11:28

Suraxanı rayonu, Zığ qəsəbəsi sürüşmə sahəsində yerləşən 1 ədəd ikimərtəbəli və 3 ədəd birmərtəbəli qəzalı fərdi yaşayış evləri söküləcək.

Azreform.info ”ın məlumatına görə, Suraxanı Rayon İcra Hakimiyyəti bununla bağlı işlərə başlayıb.

Söküntü işləri başa çatdıqdan sonra ərazi təmizlənəcək.

İcra hakimiyyəti söküntü işləri ilə bağlı “Fasttech” MMC ilə 11,1 min manat dəyərində müqavilə imzalayıb.

Könül
Azreform.info