Qışda hasarlanan çimərlik narazılığa səbəb oldu - FOTO

30
Yan
2024
11:07

Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində dəniz sahili hasarlanıb.

Azreform.info ”ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

Bildirilir ki, “Zuğulba çimərliyi” deyilən ərazidə çimmək üçün yararlı (təhlükəsiz) sahə “Glam Beach” restoranı tərəfindən hasarlanıb.

Sakinlərin məsələ ilə bağlı ölkə rəhbərliyinə yazılı şəkildə müraciət etdikləri də qeyd edilib.

Könül
Azreform.info